Modern.az

Azərbaycan - İspaniya matçının hakimləri bilindi

Azərbaycan - İspaniya matçının hakimləri bilindi

3 Fevral 2018, 16:57

Futzal üzrə Avropa çempionatının final mərhələsinin III turunun təyinatları açıqlanıb. 

Modern.az xəbər verir ki, millimizin İspaniya ilə sabah keçiriləcək görüşünün də hakimləri bəlli olub.

Matçın 1-ci hakimi rusiyalı Vladimir Kadikov olacaq. 2-ci hakim funksiyasını sloveniyalı Admir Zahoviç yerinə yetirəcək. İtaliyalı Alessandro Malfer 3-cü hakim olacaq. 

Qeyd edək ki, Sloveniyanın Lyublyana şəhərində keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi