Misirin paytaxtı Qahirədə piramidaların olduğu ərazidə fironların dövrünə aid 4400 illik tarixə malik məzar tapılıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Misirin Antik Əsərlər üzrə naziri Xalid əl-Anani məzarın Qədim Misirin 5-ci xanədan dövrünə (e.ə 2494-2345-ci illər) aid olduğunu bildirib. Məlumata görə, məzar qadın kahinindir.
Anan, həmçinin, məzarın üzərində nadir rast gəlinən tarixi oymalar olduğunu söyləyib.