Modern.az

Çaylarda suyun səviyyəsi açıqlandı

Çaylarda suyun səviyyəsi açıqlandı

4 Fevral 2018, 09:57

Son 10 gün üzrə çaylarda sululuq səviyyəsi açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-140, Kiçik Qafqazın çaylarında 140-200, Lənkəran-Astara bölgəsi çaylarında 100-180, Naxçıvan MR çaylarında isə 170 faizini təşkil edib.

 

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 167 m3/s olmaqla ongünlük normanın 101 faizini təşkil edib. 2017-ci ildə isə bu rəqəm 125 m3/s olmaqla ongünlük normanın 75 faizini təşkil edib.

 

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 54 m3/s olmaqla, ongünlük normanın 78 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 56 m3/s təşkil edərək ongünlük normanın 81 faizinə bərabər olub.

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi