Türkiyə Silahlı Qüvvələri Afrində həyata keçirilən “Zeytun budağı” əməliyyatı haqda açıqlama yayıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, açıqlamada PKK/KCK/PYD-YPG və İŞİD terrorçularına qarşı əməliyyat zamanı 2 əsgərin şəhid olub. Daha 5 əsgər isə yaralanıb.
Qeyd edək ki, Türkiyə ordusu yanvarın 20-də Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı “Zeytun budağı” əməliyyatına başlayıb.