Modern.az

Bərdədə 16 yaşlı qız qaçırılıb

Bərdədə 16 yaşlı qız qaçırılıb

5 Fevral 2018, 00:59

Bərdə rayonunda 16 yaşlı qız qaçırılıb. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Lənbərən kəndində baş verib.

 

Kənd sakini, 2002-ci il təvəllüdlü M. Hacıyeva tanımadığı şəxs tərəfindən qaçırılıb. Onun atası Bərdə Rayon Polis Söbəsinə müraciət edib. Ata qızını qaçıran şəxsdən şikayətçi olduğunu bildirib. O, qeyd edib ki, övladı yetkinlik yaşına çatmayıb və məktəblidir.

 

M.Hacıyevanın atası həmçinin şikayətini qızının zorla qaçırılması ilə əsaslandırıb.

 

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tədbirlər görülür.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi