Modern.az

“Müasir beynəlxalq münasibətlərdə enerji diplomatiyası” kitabı çapdan çıxıb  

“Müasir beynəlxalq münasibətlərdə enerji diplomatiyası” kitabı çapdan çıxıb   

Aktual

5 Fevral 2018, 14:37

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Fuad Hümbətovun “MÜASİR BEYNƏLXALQ MÜNASİBƏTLƏRDƏ ENERJİ DİPLOMATİYASI” kitabı çapdan çıxıb. Kitabın ana xəttini iqtisadi diplomatiyanın aparıcı tərkib hissələrindən biri olan enerji diplomatiyası, onun istiqamətləri, tarixi formalaşma şəraiti və dövrləri barədə material təşkil edir. Bu mənada XIX əsrin sonu - XIX əsrin əvvəllərində dünya miqyasında sənayeləşmə prosesinin genişlənməsi ilə neftin önəmli xammal növü kimi əhəmiyyətinin kəskin artması və onun tədricən geostrateji xammala çevrilməsinin ictimai-siyasi şəraiti, Yaxın Şərqdə bu xammal uğrunda dünyanın əsas siyasi aktorları arasında baş vermiş mübarizə barədə geniş məlumat təqdim edilib.

Bununla yanaşı, hazırda enerji diplomatiyası qarşısında duran vəzifələrə toxunulmuş, ümumən iqtisadi diplomatiya və onun metodlarının inkişaf dinamikası iqtisadi cəhətdən inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlərın timsalında təhlil edilmişdir.

Kitabda habelə milli enerji təhlükəsizliyi, enerji strategiyası və onun strukturu, müasir dünyada energetik və sənaye tsiklləri(dövrləri), enerji və ümumən iqtisadi diplomatiyanın milli maraqların reallaşdırılmasındakı rolu barədə söz açılıb.

Daha sonra kitabda dünyanın əsas neft-qaz ixracatçısı olan dövlətlərin enerji potensialı, ixracat həcmi, enerji ehtiyatlarının xüsusiyyətlərinə görə təsnifatı, habelə onların beynəlxalq münasibətlər sistemindəki yerinə görə müqayisəli təhlilinə yer verilmiş, paralel olaraq, dünyanın aparıcı neft-qaz idxalçılarının təsnifatı, müvafiq sənaye göstəriciləri və s. haqqında ayrı-ayrılıqda bəhs edilmişdir.

Bununla yanaşı, kitabda dünyanın bir sıra iri neft ixracatçısı dövlətlərini birləşdirən nüfuzlu beynəlxalq qurum kimi Neft İxracatçısı Ölkələr Birliyinin (OPEC), habelə dünyanın Qaz İxracatçısı Ölkələr Forumunun (GECF) yaranma tarixçiləri, tərkibi, iş prinsipləri, bu qurumlarda baş verən daxili siyasi proseslər, dünyanın eneji sismetindəki rolu, müasir beynəlxalq münasibətlərdə və çoxtərəfli diplomatiyadakı yeri və əhəmiyyəti barədə ətraflı məlumat təqdim edilmişdir.

Kitabın önəmli hissəsini, heç şübhəsiz ki, Azərbaycanda yanacaq sənayesinin inkişaf tarixi, müxtəlif tarixi dövrlərdə enerji strategiyası və onun reallaşdırılmasının siyasi-iqtisadi aspektləri və digər məsələlər təşkil edir. Belə ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini, ADA Universitetinin rektoru, professor Hafiz Paşayevin “Bir səfirin manifesti” kitabında haqlı olaraq qeyd etdiyi kimi, ölkəmiz daim geo-siyasi cəlbediciliyə malik olmuş, yəni "G üçlüyü" (Geography, Geology, Geopolitics) ölkəsi olmuşdur. "3G" ölkəsi olmaq isə mövcud tarixi şəraitdə hər hansı ölkənin coğrafi yerinə, geoloji zənginliyinə və geosiyasi mövqeyinə görə çox əhəmiyyətli dövlət olması anlamını daşıyır. Məhz bu baxımdan Azərbaycan həmişə dünyanın əsas siyasi aktorlarının diqqət mərkəzində olmuşdur və onun yerləşdiyi bölgə uğrunda gərgin siyasi və hərbi qarşıdurmalar baş vermişdir. Hazırki kitabda tarixin müxtəlif dövrlərində, o cümlədən müstəqillik dövründə Azərbaycanın milli enerji strategiyasının məqsəd və vəzifələri, “Əsrin müqaviləsinin” ölkəmizin siyasi və iqtisadi həyatındakı rolu, hasil edilmiю ilkin neftin ixracэ ilə əlaqədar həyata keзirilmiю enerji diplomatiyasının əsas xьsusiyyətləri haqqında geniş bəhs edilmişdir. Eyni zamanda, Cənubi Qafqaz regionunda sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar olunmasında Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi xarici siyasət kursunun müstəsna tarixi əhəmiyyəti, onun tərəfindən əsası qoyulmuş milli enerji diplomatiyasının əsas elementləri barədə geniş söz açılıb.


Elnur Eltürk

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi