Modern.az

Rusiya qazından imtina, Gürcüstan Azərbaycanı seçdi - SƏBƏB 

Rusiya qazından imtina, Gürcüstan Azərbaycanı seçdi - SƏBƏB 

5 Fevral 2018, 15:16

Gürcüstan Rusiya qazının alışından birdəfəlik imtina edib. Gürcüstan iqtisadiyyat nazirinin müavini Georgi Çikovani bildirib ki, ölkənin yanacağın bu növünə olan tələbatını Azərbaycan tamamilə ödəyir.

“Sadəcə olaraq, Rusiya qazı Gürcüstana lazım deyil, Azərbaycan qazı bizə tamamilə kifayətdir”.

Gürcüstanın tamamilə Azərbaycan qazına keçidini ekspertlər “Cənub Qaz Dəhlizi” boru kəməri sistemi layihəsi ilə əlaqələndirirlər. Həmin layihə çərçivəsində yanacaq borular vasitəsilə Azərbaycandan Türkiyəyə, oradan isə Avropa İttifaqı ölkələrinə nəql ediləcək. Maraqlıdır, qərara Rusiya tərəfində qıcıq yarada bilərmi?


Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Modern.az-a açıqlamasında bu suala cavab verib. İ.Şaban deyib ki, Azərbaycan Dövlət Neft Şirkətilə Gürcüstan hökuməti arasında qaz alqı-satqısına dair yenilənmiş müqavilə 2017-ci ilin mart ayında imzalanıb:

“Və bu müqavilənin müddəti 2028-ci il daxil olmaqla Azərbaycanın Gürcüstan bazarını bütövlükdə onların ehtiyacını ödəmək üçün qaz verməsini nəzərdə tutur. Bu da ondan irəli gəlir ki, Rusiya tərəfi təqribən 1 il müddətində “Qazprom”a təzyiqləri nəticəsində Ermənistana ötürdüyü qaza görə natural şəkildə tranzit haqqı deyil, pul ödəyəcək. Nəhayət, fevral ayında onlar müqavilə imzaladılar. Qarşılıqlı razılaşmaya əsasən, vəsaitin yarısı valyuta ilə, digər yarısı natura şəklində ödəniləcək. Ötən il Rusiya tərəfi Gürcüstana cəmi 100 milyon kubmetr natura şəklində qaz vermişdi. Qalanı isə vəsaitlə ödənildi. Əvvəllər təqribən nəql etdiyi 220-230 milyon kubmetr qaza görə Gürcüstan tərəfinə tranzit haqqı ödəyirdi”.


Ekspertin sözlərinə görə, belə olan şəraitdə Rusiya faktiki olaraq Gürcüstanı Azərbaycanın ağuşuna atdı:


“Nəticədə də Gürcüstan bu qərarı verdi. Azərbaycan isə özünün maraqlarını nəzərə alaraq Gürcüstan hökumətilə müqavilə imzaladı. Təbii ki, bu bizim marağımızdadır. Çünki Gürcüstan Azərbaycanın dünya bazarına açılan qapısıdır. Nəzərə alaq ki, bu əsr tamamilə Azərbaycan qazının, o cümlədən tranzit qazların bizim infrasturkturla Gürcüstan üzərindən digər bazarlara çıxışı deməkdir. Bu, Azərbaycanın bazarda hegemon mövqeyə malik olması üçün olduqca vacibdir”.


Qərarın Rusiya tərəfində qıcıq oyatmasına gəlincə, ekspert qeyd edib ki, 21 noyabr 2017-ci ildə Dövlət Neft Şirkətilə “Qazprom” arasında 1,5 milyon kubmetrlik qazın alqı-satqısına dair saziş imzalanmaz, o cümlədən 22 noyabrdan Rusiya qazı Azərbaycana ixrac edilməzdi”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi