Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib. Bu barədə Modern.az-a Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, vətəndaş Z.Nəsirovanın məhkəmə aktlarından verdiyi şikayətə baxılaraq, icraata qəbul olunması haqqında qərardad çıxarılıb.
Şikayətə mahiyyəti üzrə, Konstitusiya Məhkəməsi Plenumunun martın 1-nə təyin edilmiş iclasında baxılacaq.