Modern.az

Azərbaycanın kredit reytinqi yüksəlib - Video

Azərbaycanın kredit reytinqi yüksəlib - Video

7 Fevral 2018, 00:11

Beynəlxalq qurumlar Azərbaycanın kredit reytinqini yüksəldib. Modern.az “Xəzər xəbər”ə istinadən xəbər verir ki, "Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycanın emitentin uzunmüddətli xarici və yerli valyutada defolt reytinqi üzrə proqnozuna yenidən baxıb və ölkəmiz "stabil" reytinqə malik siyahıda yer alıb.

 

Bundan əlavə, "Standard & Poor's" və "Moody's" də Azərbaycanın kredit reytinqini yüksəldib.

 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, bu cür reytinq siyahısı milli valyutanın möhkəmlənməsi ilə bərabər, ölkəyə xarici valyuta axınını da stimullaşdırır.

 

Azərbaycan "2018 İqtisadi Azadlıq" indeksində də bir pillə irəliləyərək 180 ölkə arasında 67-ci yerdə qərarlaşıb. "Heritage Foundation" tərəfindən hazırlanan hesabata əsasən Azərbaycan Asiya-Pasifik regionunda 43 ölkə arasında 14-cü yerdə qərərlaşıb. Hesabtda bunun iqtisadi islahatların nəticəsi olduğu vurğulanır. Sözügedən indeks üzrə Azərbaycan nəinki MDB ölkələrini, hətta Fransa, İtaliya və Yunanistan kimi ölkələri də qabaqlayıb.

 

Hesabtlarda irəliləyişin əsas səbəbi kimi isə stabil iqtisadi siyasət və aparılan islahatlar göstərilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?