Bakı şəhəri, Xətai rayonunda 18 mərtəbəli yaşayış binasının elektrik şaxtasında yanğın nəticəsində kabellər yanıb. Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, 30 nəfər bina sakini xilasedicilər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
22:06
Bakıda yaşayış binasında yanğın olub. Modern.az xəbər verir ki, yanğın Xətai rayonunda qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının elektrik şaxtasında yanğın olması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğınsöndürmə işlərinə cəlb olunub.