Modern.az

Paytaxt sakini özünü Balakəndə asdı

Paytaxt sakini özünü Balakəndə asdı

7 Fevral 2018, 22:20

54 yaşlı Bakı sakini Balakəndə kirayə yaşadığı evdə intihar edib. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 17 radələrində qeydə alınıb. 1964-cü ildə Salyan rayonunda doğulan və hazırda Bakı şəhərində qeydiyyatda olan, Nəriman Sabir oğlu Əliyevin meyiti Balakən şəhəri H. Əliyev prospektində, kirayə yaşadığı 63 saylı evin həyətyanı sahəsindəki turnikdən asılı vəziyyətdə aşkar edilib.

 

54 yaşlı Nərman Əliyevin intihar etdiyi məlum olub, onun Balakəndə tikintidə işlədiyi bildirilir.

 

 Faktla bağlı Balakən rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi