"Neftçi" və "Bakı" klublarının sabiq baş məşqçisi, AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev əməliyyat olunub. Modern.az APA-ya istinadən xəbər verir ki, Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin ürəyində yaranan problemlə əlaqədar xəstəxanaya yerləşdirilib. İnfarkt keçirdiyi məlum olan 59 yaşlı mütəxəssis təcili əməliyyata alınıb. Onun ürəyinə stend qoyulub.
Qeyd edək ki, Böyükağa Hacıyev 2006-cı ildə "Bakı" klubuna Azərbaycan çempionluğu, 2012-2013 və 2013-2014 mövsümlərində "Neftçi"yə Azərbaycan çempionluğu və ölkə kubokunu qazandırıb. Bundan başqa Hacıyev tarixdə ilk dəfə "Neftçi"ni Avropa Liqasının qrup mərhələsinə çıxarıb.