Modern.az

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

Aktual

7 Fevral 2018, 23:16

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 6-da 69,12 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 1,35 dollar/barel azdır. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti fevralın 6-da 68,46 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,33 dollar/barel azdır.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti fevralın 6-da 64,5 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,36 dollar/barel azdır.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə fevralın 6-da 66,74 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,12 dollar/barel azdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi