Modern.az

Prezident Azərbaycanla bağlı vacib razılaşmanı təsdiqlədi

Prezident Azərbaycanla bağlı vacib razılaşmanı təsdiqlədi

8 Fevral 2018, 00:57

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Qazaxıstanla Azərbaycan arasında beynəlxalq avtomobil daşımaları haqqında razılaşmanı təsdiqləyib. Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

 

Məlumatda bildirilir ki, Qazaxıstan Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında razılaşma dövlət başçısı tərəfindən imzalanıb.

 

Daha əvvəl Qazaxıstanın baş nazirinin sərmayələr və inkişaf üzrə birinci müavini Roman Sklyar bildirib ki, razılaşmanın təsdiqi iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın həcmini artırmağa imkan verəcək.

 

Qazaxıstan və Azərbaycan arasında avtomobil nəqliyyatı ilə daşınan əsas yüklər qara və əlvan metallar, avadanlıqlardır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi