Bu gün Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilir.
Modern.az-ın məlumatına görə iclasın gündəliyinə 3 məsələ daxil edilib.
Bunlar Mərkəzi Seçki Komissiyasının 15 noyabr 2017-ci il və 6 fevral 2018-ci il tarixli protokolların təsdiqi, Mərkəzi Seçki Komissiyasının bəzi normativ xarakterli aktlarına dair və bəzi seçki komissiyalarının tərkibində dəyişikliklərin edilməsidir.