Modern.az

Dəmiryol poliklinikasının binası söküldü

Dəmiryol poliklinikasının binası söküldü

Aktual

8 Fevral 2018, 22:42

Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov 140 ünvanında yerləşən 1 saylı Bakı Dəmiryol Poliklinikasının binası tikinti şirkəti tərəfindən sökülüb. Modern.az xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova "Sputnik Azərbaycan"a açıqlamasında faktı təsdiqləyib.

 

Qurumun sözçüsü bildirib ki, ərazidə olan binalar istismar müddətini keçdiyi üçün plana düşüb: "1 saylı poliklinikanın binası da köhnə idi. Hazırda poliklinika yaxınlıqdakı yeni tikilmiş binaya köçürülür. Proses başa çatdıqdan sonra əlavə məlumat veriləcək".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi