Bakıda evlərə yağış suyu dolub. Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində bir neçə fərdi yaşayış evinin həyətyanı sahəsi intensiv yağan yağışlar nəticəsində yağış suları ilə dolub. Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən suçəkmə işləri aparılıb və vətəndaşlara müvafiq köməklik göstərilib.