Modern.az

Ukrayna Saakaşvilini Polşaya deportasiya edir

Ukrayna Saakaşvilini Polşaya deportasiya edir

11 Fevral 2018, 10:16

Ukraynanın Mühacirət Xidməti Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Polşaya deportasiyası haqda qərar qəbul edib.

 

Modern.az-ın Virtualaz.org-a məlumatına görə, bunu bu gün "Rustavi-2" telekanalına müsahibəsində M.Saakaşvili özü deyib.

 

Kiyevdə olan siyasətçi gürcü telekanalına bildirib ki, onu Polşaya deportasiya etmək üçün "Ukraynanın Mühacirət Xidməti sənədlər paketi imzalayıb". O, qeyd edib ki, "sonra nə olacağından asılı olmayaraq, Ukraynada hakimiyyətin dəyişməsi üçün” dinc mübarizəsini davam etdirəcək.

 

Ancaq Saakaşvilinin müdafiəçiləri bildirirlər ki, onun iddiaları üzrə məhkəmə təhqiqatları davam etdiyindən, siyasətçinin ekstradisiyası üçün hakimiyyətin hüquqi əsası yoxdur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi