Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər fondunun 10-cu qrant müsabiqəsinin qalibi olmuş, "Fiziki məhdudiyyətli insanlarin cəmiyyətə inteqrasiyası" adlı layihə çərçivəsində fiziki məhdudiyyətli insanların əl işlərindən ibarət "Biz Bacardıq" adlı sərgi ilə tanışlıq olub.
Modern.az xəbər verir ki, sərgi Bakının Nardaran qəsəbəsində yerləşən 295 saylı məktəbində də keçirilib. Tədbirdə Sabunçu rayonu icra başçısının müavini Rəna Fərəcova, Bakı şəhəri Təhsil İdarəsinin sektor müdiri Afiq Əzizov, həmçinin,rayon ictimaiyyəti, bələdiyyə üzvləri tədbirdə iştirak edib.
Tədbirdə Milli Məclisin deputatı, 295 saylı məktəbin direktoru Dilarə Cəbrayılova deyib ki, bu gənclər həyata daha ümidlə baxırlar.
“Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti bu gün də davam etdirilir. Bu siyasətin nəticəsi milli-mənəvi dəyərlərə söykənən bacarıqlı gənclərin yetişdirilməsi idi. Bu gün də bu siyasət prezidentimiz İlham Əliyev, vitse-prezidentimiz Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Bu gün bura toplaşmağımızın səbəbi isə bu cür istedadlı gənclərin sərgisini keçirtməkdir. Ümidvaram ki, bu sərgidən zövq alacaqsız və onlara dəstək olacaqsız”
Sabunçu rayon icra başçısının müavini Rəna Fərəcova da bu gənclərlə qürur duyduğunu bildirib.
“Bu gün bura toplaşmaqda məqsədimiz gənclərə dəstək olmaqdır. Çünki gənclər həyatımızda xüsusi əhəmiyyətə malikdir. Bu cür gənclərdən həm də stimul almaq mümkündür. Bu gənclərlə yaxından tanış olduğumuz üçün çox məmnunuq”.
Daha sonra lahiyə rəhbəri Mətanət Quliyeva çıxış edərək tədbir iştirakçılarına o cümlədən Dilarə Cəbrayılovaya və icra başçısının müavini Rəna Fərəcovaya təşəkkür edərək layihənin məqsədi və layihə çərçivəsində görüləcək işlər barədə məlumat verdi.
Layihə rəhbəri vurğuladı ki, layihənin məqsədi əlilliyi olan istedadlı simaları üzə çıxarmaq, onların cəmiyyətə inteqrasiya olmasına nail olmaqdır. Daha sonra tədbir iştirakçıları layihə rəhbəri Mətanət Quliyevanın sərgisi ilə tanış oldular və bədii hissəni dinlədilər. Tədbir iştirakçıları əlilliyi olan, uşaqların yaxınları və valideynləri layihə haqqında müsbət fikirlərini bildirərək bu layihənin davamlı olmasını arzuladılar.