Modern.az

Sabaha olan hava PROQNOZU  

Sabaha olan hava PROQNOZU   

12 Fevral 2018, 13:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Modern.az-a verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə və səhər arabir güclənən şimal küləyi əsəcək.

Havanın temperaturununBakıda və Abşeron yarımadasında gecə 3-5, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.


Azərbaycanın
rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda  qar yağacağı, axşam ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Bəziyerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə0-5, gündüz 7-11dərəcə isti,dağlarda gecə0-5 dərəcə şaxta, gündüz 2-7dərəcə istiolacağı gözlənilir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək