Ağdamda yanğın olub. Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Quzanlı qəsəbəsində ümumi sahəsi 56 kvadrat metr olan birmərtəbəli 2 otaqlı evin dam örtüyü və bir otağının yanar konstruksiyaları 28 kvadrat metr sahədə yanıb.
Evin qalan hissəsi və ev əşyaları yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.