Rusiya Hava Nəqliyyatı Federal Agentliyi "VİM-Avia" şirkətinin Azərbaycana uçuşlar həyata keçirmək icazəsini geri çağırıb. Modern.az “Trend”ə istinadən xəbər verir ki, bu barədə qurumun Beynəlxalq daşımalara icazə üzrə qurumlararası komissiyasının protokoluna istinadən məlumat verir.
Qeyd olunur ki, Moskva-Qəbələ, Moskva-Lənkəran və Moskva-Naxçıvan reysləri ləğv olunub.
İcazənin geri çağırılmasına səbəb müəyyən olunan müddətdə uçuşların həyata keçirilməməsi göstərilib.
Qeyd edək ki, "VİM-Avia" şirkəti ötən ilin oktyabr ayında borclarla əlaqədar müflis olduğunu elan etmişdi.