Modern.az

Bu dərman sağlamlığınız üçün təhlükəlidir–Xəbərdarlıq

Bu dərman sağlamlığınız üçün təhlükəlidir–Xəbərdarlıq

Aktual

12 Fevral 2018, 21:56

Parasetamol əsaslı dərmanların qəbulu reproduktiv funksiyaların pozulmasına və rüşeymin inkişafında problemlərə səbəb ola bilər. Modern.az “Trend”ə istinadən xəbər verir ki, bir qrup alim 18 yaşdan yuxarı 455 könüllü üzərində aparılan təcrübədən sonra bu qənaətə gəlib.

 

Qeyd olunur ki, parasetamol əsaslı dərman qəbul edən bütün xəstələrdə cinsi hormonların zəifləməsi müşahidə edilib.

 

Mütəxəssislərin fikrincə, hamiləlik dövründə parasetamolun qəbulu uşaqsalmaya və ya rüşeymin sinir sistemində inkişafı ilə bağlı problemlərə səbəb ola bilər.

 

Qeyd edək ki, parasetamol qızdırma salmaq funksiyasını yerinə yetirən preparat kimi geniş yayılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi