Modern.az

Tbilisidə Avronest PA-nın siyasi və enerji komitələrinin iclasları keçirildi

Tbilisidə Avronest PA-nın siyasi və enerji komitələrinin iclasları keçirildi

13 Fevral 2018, 09:10

Fevralın 12-də Tbilisidə Avronest PA-nın siyasi məsələlər, insan hüquqları və demokratiya, həmçinin enerji komitələrinin iclasları keçirilib.

 

Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, siyasi komitənin iclasında “Şərq tərəfdaşlığı ölkələrində təhlükəsizlik məsələsi və Avropa İttifaqının bu çağırışlara cavabı” mövzusunda məruzə dinlənilib.

 

Azərbaycan parlamenti nümayəndə heyətinin rəhbəri Fuad Muradov, deputatlardan Rövşən Rzayev, Məlahət İbrahimqızı məruzə ətrafında çıxış edib, ölkəmizin maraqlarına xidmət edən təkliflər irəli sürüblər.

 

Sonra enerji komitəsinin iclası olub. İclasda Azərbaycan parlamentinin deputatı Muxtar Babayev “Avropa İttifaqı və Avropa Şərq Tərəfdaşlığı ölkələrində enerji səmərəliliyinin artırılması və enerjinin davamlılığı” mövzusunda məruzə ilə çıxış edib.

 

Məruzədə enerji səmərəliliyinin faydaları, artırılması və davamlılığı, növləri və digər məsələlər əksini tapıb.

 

Sənəddə Avropa İttifaqının və Şərq Tərəfdaşlığı ölkələrinin enerji səmərəliliyi və enerji davamlılığı sahəsində siyasəti, dövlət proqramları, qarşıya qoyduqları məqsədləri və əsas çətinlikləri barədə məlumat verilir, Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı ölkələrinin bu sahələrdəki problemlərin aradan qaldırılması üçün birgə əməkdaşlıq proqramları ətraflı izah edilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi