Modern.az

Musabəyov erməni mətbuatına müsahibəsindən DANIŞDI: “Düzgün başa düşmək lazımdır”

Musabəyov erməni mətbuatına müsahibəsindən DANIŞDI: “Düzgün başa düşmək lazımdır”

Aktual

13 Fevral 2018, 11:00

Milli Məclisin deputatı Rasim Musabəyovun erməni mətbuatına verdiyi müsahibə cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, müsahibədə  xüsusilə “ İki-üç rayon qaytarıldığı halda, Azərbaycan Ermənistanla bütün kommunikasiyanı bərpa edə bilər” fikrinin təhrif edildiyini düşünənlər, inanmaq istəməyənlər var.

 

Modern.az saytı deputatın münasibətini öyrənmək üçün onunla əlaqə saxlayıb. R.Musabəyov qeyd edib ki, müsahibədə heç bir fikir təhrif olunmayıb:

 

“Kim necə qəbul edir, onu özləri bilərlər. Amma müsahibə konkret  erməni auditoriyasına hesablanıb. Bizi qeyri-konstruktiv mövqedə ittiham edən Ermənistan anlamalıdır ki, Azərbaycan müəyyən kompromislərə getməyə hazırdır. Sadəcə olaraq təəssüf olsun ki,  Ermənistan  bundan boyun qaçırır. Azərbaycanda bu müsahibəni kim  qanırsa, düzgün başa düşür. Qanmayanlar, özləri bilərlər”.

 

Deputat bildirib ki, müsahibəni yanlış anlamaq istəyənlər əlbəttə, mövcuddur:

 

“Bilirsiniz, bütün məsələləri birdəfəlik həll etmək mümkün olmadığı halda kiçik addımlarla irəli getmək lazımdır. Orada  Azərbaycanın 2-3 rayonun qaytarılması müqabilində qalan torpaqları ermənilərə bağışlaması yazılıb ki? Xeyr. Bu baxımdan müsahibəni  yenidən oxuyub düzgün başa düşmək lazımdır. Dediyim kimi qanmayanlar özləri bilərlər”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi