Modern.az

Polis Azərbaycanda daha 34 şübhəlini saxladı

Polis Azərbaycanda daha 34 şübhəlini saxladı

14 Fevral 2018, 08:48

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 115 cinayət faktı qeydə alınıb, onların da 26-sı “isti izlər”lə açılıb.

DİN Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, axtarışda olduğuna görə 20 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Məlumata görə, respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər xəsarət alıb.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi