Modern.az

“DəmirBank”ın əmanətçilərinə 38 milyon manat kompensasiya ödənilib  

“DəmirBank”ın əmanətçilərinə 38 milyon manat kompensasiya ödənilib   

Aktual

17 Fevral 2018, 12:06

Əmanətlərin Sığortalanması Fondu (ADİF) ləğv prosesində olan “DəmirBank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsinə davam edir.

Fondun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, fevralın 17-dək əmanətçilərə nağdsız qaydada 38 milyon manatdan artıq kompensasiya ödənilib.

Azərbaycan Respublikasının iqtisadiyyatında nağdsız dövriyyənin həcminin yüksəldilməsi və ödəniş kartları bazarının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatları nəzərə alaraq, ləğv prosesində olan “DəmirBank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar ilk dəfə olaraq nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə ödənilir.

Kompensasiyaların ödənilməsi prosesinə 1 fevraldan başlanılıb. Qorunan əmanətçilər kompensasiyaların ödənilməsi üçün 1 (bir) il müddətində “KapitalBank” ASC-nin 26 filialına müraciət edə bilərlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi