Modern.az

Sabahın hava PROQNOZU – Yağış, sulu qar

Sabahın hava PROQNOZU – Yağış, sulu qar

Aktual

17 Fevral 2018, 13:10

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Modern.az-a verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı, axşam bəzi yerlərdə intensivləşəcəyi, gecəyə doğru yarımadanın bəzi ərazilərində yağışın sulu qarla qarışıq yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.

Havanın temperaturununBakıda və Abşeron yarımadasında gecə 3-5, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqinormadan yüksək 763 mm civə sütunu, nisbi rütubət 90-100 faiz təşkil edəcək.


Azərbaycanın
rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, bəzi  yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 3-7, gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi