Modern.az

Azərbaycan Böyük Britaniya ilə hərbi əməkdaşlığa başlayır

Azərbaycan Böyük Britaniya ilə hərbi əməkdaşlığa başlayır

Aktual

17 Fevral 2018, 13:58

London şəhərində Azərbaycan və Böyük Britaniya Müdafiə nazirlikləri arasında qərargah danışıqları keçirilib.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, tədbirdə iki ölkə arasında hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti, perspektiv istiqamətləri nəzərdən keçirilib, təlim, təhsil, eləcə də regional təhlükəsizlik və digər maraq doğuran məsələlər müzakirə olunub.

 

Danışıqların yekunu olaraq “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birləşmiş Krallığın Müdafiə Nazirliyi arasında 2018/2019-cu maliyyə ili üçün hərbi əməkdaşlıq Planı” imzalanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi