Modern.az

Bakıda DTX-nın idarə rəisi” tutuldu - FOTO 

Bakıda “DTX-nın idarə rəisi” tutuldu - FOTO 

Aktual

17 Fevral 2018, 15:14

Özünü Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Bakı şəhərinin rayonlarından biri üzrə idarəsinin rəisi kimi təqdim edərək vətəndaşlardan müxtəlif adlar altında dələduzluq yolu ilə pul alan vətəndaş Alıyev Eldəniz Kamil oğlu DTX tərəfindən həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində şübhəli şəxs qismində saxlanılıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətindən Modern.az-a  verilən məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Eldəniz Alıyev cinayət məsuliyyətinə cəlb edilib.

Hazırda araşdırmalar davam edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi