Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov ilə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev arasında görüş keçirilib.
Modern.az xəbər verir ki, PFL-in məlumatına görə, görüşdə milli komandamızın qarşıdakı oyunlarının təqvimi müzakirə edilib. Görüşdə yığmamızın mayın 29-da Qırğızıstan millisi ilə yoldaşlıq görüşü keçirəcəyinə baxmayaraq, futbol üzrə Azərbaycan kubokunun final matçının vaxtında hər hansı dəyişiklik edilməyəcəyi bildirilib. Beləliklə, Azərbaycan kuboku uğrunda final qarşılaşması əvvəlcədən nəzərdə tutulduğu kimi, 28 May - Respublika Günündə keçiriləcək.
Millimizin mart toplanışı və aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar futbol təqvimində müəyyən dəyişiklik ediləcək.