Azərbaycanda aprelin 11-ə təyin edilmiş növbədənkənar prezident seçkilərində müşahidə aparmaq üçün Mərkəzi Seçki Komissiyasına (MSK) 6 müraciət daxil olub.
Modern.az-ın məlumatına görə, bunu MSK sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
M.Pənahov qeyd edib ki, bütün müraciətlərə müsbət cavab verilib.
“Müşahidə aparmaq istəyənlərə şərait yaradılır. Biz çalışırıq ki, bütün müşahidə aparmaq arzusunda olan insanlara şərait yaradaq. Çünki müşahidəçilər nə qədər çox olarsa, seçkilərin daha şəffaf keçirilməsi üçün əhəmiyyətlidir”.