Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin ilkin məlumatına əsasən İranda baş vermiş təyyarə qəzasında Azərbaycan vətəndaşlarının olması faktı qeydə alınmayıb.
Bu barədə Modern.az-a XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
O bildirib ki, hadisə ilə bağlı yeni məlumat olduğu təqdirdə KİV-ə məlumat veriləcəkdir.