Modern.az

Bakıdakı restoranda müsiqiçilərin əlbəyaxa davası

Bakıdakı restoranda müsiqiçilərin əlbəyaxa davası

20 Fevral 2018, 00:13

Paytaxtda restoranlardan birində müsiqiçilər arasında dava düşüb. Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə Bakının Nəsimi rayonu ərazisində, "Şərq bazarı" ticarət mərkəzi yaxınlığında yerləşən "Şərq ulduzu" restoranında baş verib. Belə ki, 1979-cu il təvəllüdlü sintezator ifaçısı Qasımov Vüqar Mirbala oğlu restoranda keçirilən ziyafətdən sonra öz musiqiçi həmkarı tərəfindən döyülüb.

Nəticədə V.Qasımov kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.

Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək