Modern.az

Polisdən əməliyyat - 58 nəfər TUTULDU 

Polisdən əməliyyat - 58 nəfər TUTULDU 

21 Fevral 2018, 09:16

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 136 cinayət faktı qeydə alınıb, onların da 24-ü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən Modern.az-a bildirilib ki, axtarışda olduğuna görə 19 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI