Modern.az

İranın müdafiə naziri Azərbaycana səfərə gəlib

İranın müdafiə naziri Azərbaycana səfərə gəlib

Aktual

21 Fevral 2018, 11:03

İranın müdafiə və Silahlı Qüvvələrə dəstək naziri Azərbaycana səfərə gəlib.

 

Modern.az-ın Trend-ə istinadən məlumatına görə, bu gün İran İslam Respublikasının müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Əmir Hatəminin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

Səfər çərçivəsində İran nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşlərinin keçirilməsi nəzərdə tutulub.

 

Səfər fevralın 22-dək davam edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI