Modern.az

Öyüdlərim, pəndlərim, nəsihətlərim....

Öyüdlərim, pəndlərim, nəsihətlərim....

26 Fevral 2018, 11:17

Səid Əfəndi, Allah sənə rəhmət eləsin!

 

Yaxşılığın da qədəri var. Bəzilərinə yaxşılıq edəndə elə bilirlər ki, onlara işin düşüb.

Elə ki dostunun bu xasiyyətini başa düşdün, ondan uzaq ol.

 Tərifdə ifrata varma. Gün gələr, yanıldığını bilərsən, onda pis vəziyyətə düşərsən.

Özün bacardığın işi başqasına demə. Sözün yerə düşər, pərt olarsan

Yeyəndə səliqəli ye. Başqalarını iyrəndirmə.

Boş vaxtın olanda oturaq idmanla məşğul ol; qollarınla sağı, solu ölç, əllərini yum, aç, boynunu xırçıldat.

Kitabın mündəricatına bax, sonra oxu.

Boş, uzun-uzadı danışığa qulaq asma, bir bəhanə ilə söhbəti dəyiş.

Bacarmadığin işi görməyə çalışma.

Qohum-əqrəbalarla mehriban ol, evinə gələnləri mütləq çay-çörəyə qonaq eylə.

Yalandan gülümsəmə, boş-boş da danışma.

Yola çıxanda cibində sənədin olsun ki, çətinə düşəndə tapılasan.

Nabələd adam səndən söz soruşanda özün bilməsən də başqasından soruş ki, o, çarəsiz qalmasın.

Maaşının üçdə birindən çox borc vermə.

Geyim-keciminə fikir ver, dar-dütdək geyinmə.

Əllə görüşmək vacib deyil, vacib- salama hazır olmaqdır.

Qonaq gedəndə döşəyi çürütmə, çatan kimi bir bəhanə ilə nə vaxt gedəcəyinə söylə.

Süfrədəki şirniyat qabını eşələmə, birini səliqə ilə götür.

Qonaq gedəndə elə ayaqqabı gey ki, geyib-çıxarmağı rahat olsun.

Məclisdə yuxarı başda oturmağa cəhd eləmə.

Tanışlarının az olduğu məclisdə liderlik fikrinə düşmə.

Söz veriləndə az danış, amma saz danış.

 

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi,

türkoloq.

25.02.2018.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi