Modern.az

İranlı dənizçi itkin düşdü: FHN-in helikopteri və DSX-nin iki gəmisi axtarışa başladı

İranlı dənizçi itkin düşdü: FHN-in helikopteri və DSX-nin iki gəmisi axtarışa başladı

26 Fevral 2018, 12:05

Fevralın 25-də axşam saatlarında İran İslam Respublikasının Port və Dəniz Administrasiyasından Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İran bayrağı altında üzən “TARADİS” yük gəmisinin Xəzər dənizinin Azərbaycan Respublikasına aid hissəsində olarkən heyət üzvlərindən bir nəfərin itkin düşməsi ilə əlaqədar axtarışların aparılması üçün müraciət daxil olub.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a bildirilib ki, məlumat aidiyyəti dövlət qurumlarına ötürülüb.

 

Fevralın 26-da səhər saatlarından Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin iki gəmisi axtarışlara cəlb olunub.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi