Modern.az

Rusiya Xarici İşlər Nazirliyindən narkotik qalmaqalına REAKSİYA

Rusiya Xarici İşlər Nazirliyindən narkotik qalmaqalına REAKSİYA

26 Fevral 2018, 14:05

“Rusiyanın Argentinadakı səfirliyində narkotik olması xəbərinin yayılması səfirliyin fəaliyyətinə kölgə salmaq üçündür” Modern.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

 

Nazir müavini bütün bunları şayiə adlandırıb. “Bazar günü yayılan bu şayiələr, mənim fikrimcə diqqəti əsas işdən yayındırmaq üçündür. Və aparılan bütün işlərin üzərinə kölgə salmaq məqsədi daşıyır” – deyə Sergey Ryabkov bildirib.

 

Onun sözlərinə görə həmin an artıq səfirlikdə işləməyən şəxs, Buenos-Ayresdəki səfirliyin binasına yaxın məktəbin padvalında bir yük qoyur. O sonra bu yükü Rusiyaya göndərməyi planlaşdırıb.

 

“Səfirin və səfirliyin əməkdaşlarının ayıq-sayıqlığı nəticəsində lazımi bütün tədbirlər həyata keçirilib. Və məlum olub ki, bağlamaların içərisindəki narkotik maddədir. Bununla yanaşı həmin an Argentina polisləri ilə sıx əlaqədə olan əməkdaşlarımız işə qarışıb. Onlar operativ axtarış əməliyyatları keçiriblər. Mən təfərrüatlara varmayacam. Xüsusən də nəzərə almaq lazımdır ki indiki həssas zamanda günahkarların tutulması üçün əməliyyat maraqlarına əsasən verilən informasiya kifayət edər” – o qeyd edib.

 

Qeyd edək ki, bundan əvvəl Argentinanın təhlükəsizlik naziri Patrisiya Bullriç  Rusiya və Argentina xüsusi xidmət orqanlarının birgə Moskvaya göndəriləcək 389 kq kokaini müsadirə etdiklərini bildirmişdi. Əməliyyat nəticəsində Argentina polisindən bir nəfər və Rusiyadan olan bir neçə şəxs həbs edilib.

 

Argentina yerli mətbuatı tutulan iki şəxsin adlarını açıqlayıb. Bunlar Buenos-Ayres polis idarəsində çalışan və güc strukturlarının təlim proqramlarının təşkili üçün bir neçə dəfə Rusiyaya səfər etmiş İvan Bliznyuk və onunla birgə çalışan Aleksandr Çikalodur.

 

Əvəz ZEYNALOV

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi