Modern.az

Avro-2020-nin mükafat fondu açıqlandı

Avro-2020-nin mükafat fondu açıqlandı

26 Fevral 2018, 18:58

2020-ci ildə keçiriləcək Avropa Çempionatının ümumi mükafat fondu 371 milyon avro olacaq.

 

Qol.az-ın məlumatına görə, bu barədə "TASS" agentliyinə açıqlamasında UEFA-nın baş katibi Teodor Teodoridis məlumat verib. O bildirib ki, turnirin qalibi 34 milyon avro qazanacaq. İştirakçı komandaların hər birinə isə 1,25 milyon avro veriləcək.

 

Qeyd edək ki, AÇ-2020-nin mükafat fondu 2016-cı ildə Fransada keçirilən turnirlə müqayisədə 70 milyon avro artırılıb.

 

Xatırladaq ki, 2020-ci il Avropa çempionatının A qrupunun 3 və 1/4 finalın 1 oyunu Bakıda keçiriləcək.

 

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi