Xocalı soyqırımının 26-cı ildönümü Monteneqroda da anılıb. Modern.az xəbər verir ki, erməni silahlı qüvvələri tərəfindən Azərbaycan xalqına qarşı törədilən soyqırımı həqiqətlərinin yerli ictimaiyyətə çatdırılması üçün bir sıra tədbirlər görülüb. Yerli mediada Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı yazılar verilməklə yanaşı, ölkənin müxtəlif şəhərlərində Xocalı soyqırımı həqiqətlərini əks etdirən bilbordlar və panellər yerləşdirilib. Fevralın 15-dən yerləşdirilən bilbordlar və panellər martın 1-dək həmin şəhərlərdə saxlanılacaq.