Modern.az

Gəncədə yaşlı qadın evində yanıb öldü

Gəncədə yaşlı qadın evində yanıb öldü

27 Fevral 2018, 08:49

Gəncə şəhərinin Nizami rayonunda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, yanğın ümumi sahəsi 34 m2 olan 1 otaqlı mənzildə qeydə alınıb.

Yanğının kəşfiyyatı zamanı mənzildən 1950-ci il təvəllüdlü Katibi Natella Əli qızının yanmış meyiti aşkar olunub. Yanğınsöndürənlər tərəfindən 20 nəfər bina sakini təhlükəsiz yerə təxliyyə olunub. Qonşu mənzillər yanğından mühafizə edilib. Yanğın söndürülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi