Martın 2-3-də Türkiyənin Antalya şəhərində Azərbaycan Kooperasiya Universiteti ilə Akdeniz Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanacaq.
Bu barədə Modern.az-a Azərbaycan Kooperasiya Universitetinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, imzalanma mərasimində Azərbaycanın Türkiyədə Respublikasında fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim iştirak edəcək.
“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı simfozium keçiriləcək. Hər iki universitet arasında imzalanacaq sənəddə müəllim və tələbə mübadiləsinin həyata keçirilməsi, birgə layihələrin icrası, elmi konfransların təşkili, hər iki universitet arasında qarşılıqlı diplomların tanınması , müştərək proqramların tədris olunması kimi məsələlər nəzərdə tutulur”.