Fevralın 26-da Papua Yeni Qvineyada 7.5 ballıq dəhşətli zəlzələ olub. Modern.az xəbər verir ki, bu barədə “Post Courier” qəzeti məlumat yayıb.
Papua-Yeni Qvineyanın Yeni Qvineya adasında baş verən zəlzələnin ilkin məlumatlara görə ən azı 31 nəfərin həyatına son qoyduğu düşünülür.
Hadisə nəticəsində zərərçəkənlərin sayı 300 nəfərdir. Çox sayda ev dağılıb. Elektrik təhcizatı pozulub və uçuşlar təxirə salınıb.
Xela əyalətində yerləşən Komo hava limanın uçuş zolağının yarısı zəlzələ nəticəsində yararsız hala düşüb.
Zəlzələnin mərkəzi 50 min nəfərlik sakini olan Mendi şəhərindən 104km qərbdə və 9 km yerin altında qeydə alınıb.
Əvəz ZEYNALOV