Modern.az

Nazir müavini Şamaxı soyqırımı haqda: “Bu, insanlığa yaraşmayan əməldir”

Nazir müavini Şamaxı soyqırımı haqda: “Bu, insanlığa yaraşmayan əməldir”

27 Fevral 2018, 13:00

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Şamaxı şəhərində “Azərbaycanlıların soyqırımı: yüz ilin yaddaşında”mövzusunda “Novruz mühazirəsi” keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, ziyalılar, media rəhbərləri, QHT nümayəndələri, təhsil ekspertləri və KİV təmsilçiləri iştirak edib. Seminara həmçinin, ali məktəblərdə təhsil alan ABŞ, Türkiyə, Rusiya, İran, Çexiya, Çin və digər ölkələr olmaqla ümumilikdə 30 nəfər əcnəbi tələbə qatılıb.

Tədbirdən öncə mərhum dövlət başçısı Heydər Əliyevin büstü ziyarət edilib və önünə əklil qoyulub. Daha sonra qonaqlar Şamaxıdakı soyqırımı qurbanların xatirəsinə qoyulmuş abidəni ziyarət ediblər. Səfər iştirakçıları 1918-ci ildə Şamaxıda törədilən soyqırımı zamanı ən böyük qətliamın baş verdiyi “Cümə məscidi”nə baş çəkiblər. Məlumat verilib ki, əhalinin sığındığı məsciddə ermənilər yanğın törədərək, təqribən 1700-dən artıq günahsız insanı qətlə yetirib, məscidi top atəşinə tutublar. Soyqırımı zamanı ciddi ziyan dəymiş tarixi mədəniyyət abidəsi Heydər Əliyev Fondunun dəstəyi ilə 2013-cü ildə əsaslı bərpa edilib.


Tədbir Şamaxı şəhəri İncəsənət Təhsili Mərkəzində davam etdirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Təhsil nazirinin müavini Firudin Qurbanov 1918-ci il qətliamının xalqımıza qarşı həyata keçirilən soyqırımı siyasətinin ən dəhşətli təzahürlərindən biri olduğunu, ermənilər tərəfindən insanlığa yaraşmayan qanlı əməllər törədildiyini diqqətə çatdırıb. Nazir müavini tədbirin keçirilməsinin məqsədinin erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri cinayətlər barədə həqiqətlərin ictimaiyyətə daha dolğun çatdırılması, əcnəbi tələbələrin bununla bağlı məlumatlandırılması olduğunu bildirib.

Daha sonra Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev 1918-ci ilin mart ayında Şamaxıda törədilən soyqırımı faktlarından danışıb.

Tarix elmləri doktoru, professor Anar İsgəndərov isə “Azərbaycanlıların soyqırımı: yüz ilin yaddaşında” mövzusunda mühazirə ilə çıxış edib.

Mühazirədən sonra iştirakçılar Şamaxı rayonu Əngəxaran kənd məktəbindəki soyqırımını anım lövhəsini ziyarət ediblər. Bildirilib ki, erməni silahlı birləşmələri 1918-ci ilin mart ayında Əngəxaran kəndinə də qəfil hücum edib. Müdafiəsiz əhaliyə qarşı amansız qırğınlar törədilib, kənd qarət olunub.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi