Modern.az

DTX musiqi və yoqa məktəblərinə qəbul elan etdi

DTX musiqi və yoqa məktəblərinə qəbul elan etdi

27 Fevral 2018, 18:26

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzi musiqi və klassik yoqa məktəblərinə qəbul elan edir.

 

Bu barədə Modern.az-a DTX-nin İctimai əlaqələr şöbəsindən məlumat verilib.

Elanda deyilir: "Əgər övladınızın istedadının üzə çıxarılmasını, yaradıcılıq qabiliyyətinin inkişafını, mədəni-mənəvi aləminin zənginləşdirilməsini, ümumən vaxtının səmərəli keçirilməsini istəyirsinizsə, Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzi bu şansı Sizə verir.

Mədəniyyət Mərkəzində fəaliyyət göstərən musiqi məktəbinin – fortepiano, skripka, violençel, tar və qarmon siniflərinə, bundan başqa şahmat, rəsm, floristika, yaradıcı əllər, rəqs dərnəklərinə, həmçinin Azərbaycanda ilk dəfə yaradılan klassik yoqa məktəbinə yazıla bilərsiniz.

 

Dərslər fərdi və qrup şəklində keçirilir.

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Rəşid Behbudov küçəsi, 3 (keçmiş Şəhriyar adına Mədəniyyət evi).

Əlaqə telefonları: (012) 405 91 84; (012) 405 91 13

Əlavə məlumatı dtx.gov.az internet səhifəsindən əldə edə bilərsiniz".

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi