Çexiyada saxlanılan PYD/PKK terror təşkilatının keçmiş rəhbəri Salih Müslimin azadlığa buraxılmasında qanun pozuntusu yoxdur. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, cəmi 8 dəqiqə davam edən proses nəticəsində terrorçu lider sərbəst buraxılıb.
Çexiya Xarici İşlər Nazirliyi isə bildirib ki, Saleh Müslümü azadlığa buraxaraq heç bir öhdəliyi pozmayıblar: “Terrorizmi dəstəklədiyimizlə bağlı irəli sürülən iddialar doğru deyil. Əgər Türkiyə Müslümün ekstradisiya olunmasını istəyirsə, bunu hüquq çərçivəsində dəyərləndirə bilərik”.
Qeyd edək ki, rəsmi Ankara S.Müslimin müvəqqəti olaraq həbs edilməsini və Türkiyəyə təhvil verilməsini tələb edirdi. Amma məhkəmə onun Avropa İttifaqı ölkələrindən çıxmaması barədə qərar çıxarılıb.