Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC)növbəti qurultayı keçirilir.
Modern.az xəbər verir ki, hər 5 ildən bir olduğu kimi AzQAC nizamnaməsinə uyğun olaraq öz prezident və vitse-prezidentlərini seçir.
Qurultayda gündəliyə uyğun olaraq AzQAC-ın hesabat məruzəsi, təşkilati məsələlər, son 5 ildə fəaliyyəti haqqında, katibliyin cəmiyyətin maliyyə komissiyasının hesabat məruzəsi, Cəmiyyəyin yeni nizamnaməsinin təstiq olunması, cəmiyyətin rəyasət heyəti qərarlarının təstiqi kimi məsələr müzakirə olunur.
Sonda gizli səsvermə nəticəsində Cəmiyyət özünün prezident və vitse-prezidentlərini seçəcək.