Modern.az

Ermənilərin Avropa Parlamentindəki təbdiri belə dağıdıldı - VİDEO  

Ermənilərin Avropa Parlamentindəki təbdiri belə dağıdıldı - VİDEO   

Aktual

28 Fevral 2018, 13:16

Avropa fəaliyyət göstərən erməni diaspor təşkilatlarının Avropa Parlamentində keçirdiyi tədbir Belçikada yaşayan azərbaycanlı gənclərin fəallığı nəticəsində dayandırılıb. Bu barədə məlumatı Modern.az-a jurnalist Elnur Eltürk verib.

Tədbirdə erməni millətçiləri və separatçı rejimin nümayəndələri ilə birgə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etmiş Avropa Parlamentinin ermənipərəst deputatı Lars Adaktusson, daim çıxışlarında Ermənistanın işğalçılıq siyasətinə haqq qazandırmağa çalışan S.Markedonov, Ermənistanın “Ay data” ofisinin rəhbəri və “Daşnaksütyun”un siyasi məsələlər üzrə “eksperti” Kiro Minoyan və digər bu kimi özlərini müstəqil “ekspert” adı ilə qələmə verənlər iştirak ediblər.

Tədbirə öz etirazını bildirən azərbaycanlı gənclər Qarabağın qanunsuz işğal olunduğunu,Sumqayıt hadisələrinin ermənilərin öz əlləri ilə həyata keçirildiyini, Xocalıda Ermənistan ordusu tərəfindən soyqırımı hadisəsinin gerçəkləşdirildiyini diqqətə çatdırıblar. Onlar beynəlxalq təşkilatlar tərəfindən Qarabağın Azərbaycanın ərazisi kimi tanındığını vurğulayıblar.

Avropadakı erməni mafioz təşkilatı olan “Demokratiya və ədalət uğrunda Avropa Erməni Federasiyası”nın rəhbəri Kaspar Karampetyanın əsassız çıxışına gənclərimiz onun layiqli cavabını veriblər.

Qeyd edək ki, Kaspar Karampetyan Qarabağa qanunsuz səfər etdiyi üçün Azərbaycan hüquq mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi