Modern.az

DİM buraxılış sinifləri üçün inşa yazılarına tələblərini açıqlayıb

DİM buraxılış sinifləri üçün inşa yazılarına tələblərini açıqlayıb

28 Fevral 2018, 14:00

Dövlət İmtahan Mərkəzi 9-cu və 10-cu sinif şagirdlərinin buraxılış imtahanlarında inşa yazıları üçün tələbləri və mövzular üzrə nümunələri açıqlayıb.

Qurumdan Modern.az-a verilən məlumatda göstərilir ki, hər iki buraxılış siniflər üzrə inşanın (essenin) qiymətləndirilmə meyarları müəyyənləşib.

Esseyə qoyulan tələblərə görə, 9-cu sinif şagirdləri  250 və daha artıq sözdən ibarət olmaqla, seçilən mövzunu tam açmalıdırlar. Essedə plan (giriş, əsas hisə, nəticə) yazılmalı və buna uyğun məntiqi ardıcıllıq qorunmalıdır.

İnşanın (esse) səliqəli, oxunaqlı və aydın xətlə yazılması da şərtlərdən biridir.

11-ci sinif şagirdləri üçün qoyulan tələblərdə essenin 90 və ya daha çox sözdən ibarət olunması istənir.

Bu zaman mövzunun planının yazılması tələb olunmasa da, essedə seçilən mövzunun açılması, dolğun məlumat verilməsi, məntiqi və analitik cümlələrlə izah olunması əsas şərtlərdəndir.

İnşa bir sıra meyarlar əsasında "məqbul" və ya "qeyri-məqbul" kimi qiymətləndiriləcək.

Hər iki buraxılış sinfi üzrə inşa yazılmasına 30 dəqiqə ayrılır.

Dövlət İmtahan Mərkəzi bildirir ki, 9-cu sinif üzrə inşa yazılması könüllüdür, ancaq fərqlənmə attestatı almaq istəyənlər inşa müsabiqəsindən mütləq keçməlidirlər.

Dövlət İmtahan Mərkəzi 250-dən çox inşa mövzusu ilə  bağlı nümunəni açıqlayıb.

Esse üçün təklif olunanlar, əsasən sərbəst mövzulardır.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi